Ağdamın “Qarabağ” futbol komandası 1993-2020-ci illər arasında 8 dəfə Azərbaycan çempionu olub.
Çempionluqların 7-si Qurban Qurbanovun baş məşqçiliyi dövrünə düşür.
Komandanın 1993-2017-ci illər arası qazandığı 6 Azərbaycan kubokunun 4-ü Qurban Qurbanovla əldə edilib.
Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2 dəfə milli çempionatın gümüş, 2 dəfə bürünc mükafatına da sahib çıxıb (2 gümüş, 1 bürünc mükafat 2008-ci ildən əvvəl qazanılıb).
2014-cü ildən bəri “Qarabağ” ardıcıl 7 dəfə Avropanın klub turnirlərinin qrup mərhələsində mübarizə aparıb. Komanda 2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020, 2020-2021 mövsümlərində Avropa Liqasının qrup mərhələsində, 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində oynayıb.
Əsası 1951-ci ildə Ağdam şəhərində qoyulan “Qarabağ” komandası 1977-ci ilədək “Məhsul”, 1982-ci ilədək “Şəfəq”, 1988-ci ilədək “Kooperator” adı daşıyıb. 1 dəfə Azərbaycan SSR-nin çempionu olub.
Qurban Qurbanov 1972-ci ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. Futbolçu karyerası ərzində Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarında və Azərbaycanın milli komandasında hücumçu mövqeyində çıxış edib.
2006-cı ildə futbolçu karyerasını başa vuran Qurban Qurbanov “Qarabağ”a gəlməzdən əvvəl Bakının “İnter” klubunun idman direktoru vəzifəsində çalışıb, sonra “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub.
Qurban Qurbanov 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayınadək Azərbaycan milli komandasının da baş məşqçisi olub.
novator.az
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi