Arda Turandan Fatih Terim paylaşımı - Şəkil

Arda Turandan Fatih Terim paylaşımı - Şəkil
XƏBƏR 20 May 2021 / 10:35 2455
-  A +

“Qalatasaray”ın futbolçusu Arda Turan baş məşqçi Fatih Terimlə bağlı paylaşım edib.

Qol.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi öz “İnstaqram” hesabında 67 yaşlı mütəxəssislə birlikdə fotosunu izləyiciləri ilə bölüşüb. O, paylaşımını belə şərh edib: “Sevəndə belə baxarsan”.

Fatih Terimin İstanbul təmsilçisi ilə müqaviləsi mayın 31-də başa çatacaq. O, Superliqanın 2020/21 mövsümünün başa çatmasından sonra futbolçularla vidalaşıb. Terimin yeni müqavilə imzalayıb-imzalamayacağı isə klubun iyun ayında keçiriləcək prezident seçkilərindən sonra məlum olacaq.

Qeyd edək ki, “Qalatasaray” bu mövsüm Superliqadada “Beşiktaş”la eyni xal – 84 xal toplasa da, toplar nisbətində rəqibindən 1 top geridə olduğu üçün çempionluğa yiyələnə bilməyib.


Son xəbərlər
topaz banner