Kloze “Bavariya”dan ayrılır - Rəsmi

Kloze “Bavariya”dan ayrılır -  Rəsmi
XƏBƏR 19 May 2021 / 12:19 1461
-  A +

“Bavariya”nın məşqçisi Miroslav Klozenin yayda klubunu tərk edəcəyi dəqiqləşib.

Qol.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis müddəti bitən müqaviləsini yeniləməyib. 

Bundan əvvəl isə Klozenin Almaniya 2-ci Bundesliqasında çıxış edən “Fortuna”ya baş məşqçi təyin olunacağı haqda xəbərlər yayılıb.

Qeyd edək ki, Kloze 2020-ci ilin yayından “Bavariya”da məşqçilik edirdi. O, baş məşqçi Hans-Diter Flikin köməkçilərindən idi.


Son xəbərlər
topaz banner