Burak Yılmazdan çempionluq sözü

Burak Yılmazdan çempionluq sözü
XƏBƏR 18 May 2021 / 12:07 4420
-  A +

"Lill"in futbolçusu Burak Yılmaz "Sent Etyen"lə matçda (0:0) vacib xallar itirmələrindən sonra komanda yoldaşlarına dəstək olub.

Qol.az goal.com-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu paltardəyişmə otağına yollanan oyunçuları motivasiya etmək üçün deyib: "Narahat olmayın, biz gələn həftə çempion olacağıq. Görəcəksiniz!".

"Lill" çempionatın bitməsinə 1 tur qalmış  turnir cədvəlində 80 xalla liderdir. Komanda ən yaxın izləyicisi PSJ-ni cəmi 1 xal qabaqlayır.

Qeyd edək ki, Burak bu mövsüm Liqa 1-də 27 matçda 15 qol vurub və 5 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner