126 kiloluq oğlunu hücumçu etdi

126 kiloluq oğlunu hücumçu etdi
XƏBƏR 18 May 2021 / 09:32 3426
-  A +

Çinli iş adamı He Şihua 2-ci Liqa klubu "Zibo Kuju"nu satın alandan sonra misli görülməmiş hərəkəti ilə gündəmə gəlib.

Qol.az "Transfermarkt"a istinadən xəbər verir ki, o, öz oğlunu komandanın hücumçusu edib. Maraqlısı isə budur ki, He Şihuanın övladının düz 126 kiloqram çəkisi var. Rəhbər şəxs oğlunu "Şixuan Jiunu" ilə matçın 90-cı dəqiqəsində meydana daxil edib. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, "Zibo Kuju" 5 matça cəmi 1 xal toplayıb.


Son xəbərlər
topaz banner