Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə bu həftə yekun vurulacaq. Sonuncu – XXVIII turun oyunları eyni gündə keçiriləcək. “Qəbələ” mövsümə səfər matçı ilə yekun vuracaq.
Qol.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” rəqib meydanında “Keşlə” ilə üz-üzə gələcək.
Bakıdakı “ASK Arena”da təşkil olunacaq görüş iki komanda arasında 56-cı duel olacaq. İlk dəfə 2006-cı ildə üz-üzə gələn rəqiblər indiyədək 55 dəfə qarşılaşıb. Aktivində 17 qələbə olan “Qəbələ” 18 matçdan sülhlə ayrılıb. Digər 20 matçda bakılılar qalib gəlib. Rəqib qapısından 57 top keçirən futbolçularımız 72 qol buraxıblar. Komandanın heyətində Daniel Subotiç daha çox - 5 qol vurub.
5 dəfə Azərbaycan kubokunda üz-üzə gələn rəqiblər 51-ci çempionat matçına çıxacaq. Əvvəlki 50 qarşılaşmadan 14-də üç, 18-də bir xal qazanan “Qəbələ” 18 dəfə uduzub. Paytaxt təmsilçisi top fərqində də üstündür - 65:50.
“Qəbələ” 27-ci dəfə “Keşlə” ilə rəqib meydanında görüşəcək. 8 səfər qələbəsi olan “qırmızı-qaralar” 6 heç-heçə edib və 12 dəfə uduzub. Rəqib meydanında 27 qol vuran futbolçular 43 top buraxıblar.
Xatırladaq ki, mayın 19-da keçiriləcək “Keşlə” - “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı