Almaniya futbolunun rəhbəri istefa verdi

Almaniya futbolunun rəhbəri istefa verdi
XƏBƏR 17 May 2021 / 14:58 1089
-  A +

Almaniya Futbol Federasiyasının prezidenti Frits Keller istefa verib.

Qol.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Aprelin 23-də təşkilatın rəyasət heyətinin iclasında baş verən qalmaqala görə Keller vəzifəsini tərk etməli olub.

Sözügedən iclasda  Keller federasiyanın vitse-prezidenti Rayner Koxu Nasist Xalq Tribunalının sədri Roland Freyslerlə müqayisə edib. Bundan sonra Keller həmkarından üzr istəyib, lakin Kox onun üzrü qəbul etməyib.

Qeyd edək ki, 64 yaşlı funksioner 2019-cu ildən Almaniya futboluna rəhbərlik edirdi.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi