"Real"ın baş məşçqisi Zinəddin Zidan "Atletik"lə matçdan sonra (1:0) futbolçularına bu yay klubdan ayrılacağını deməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis həmin məlumatları təkzib edib: "Mövsümün bu mərhələsində komandamdan ayrıldığımı futbolçularıma necə deyə bilərdim? Bu xəbərlər yalandır. Biz yalnız mövsümün sonunu fikirləşirik. Bundan başqa bir şey yoxdur".
Qeyd edək ki, "Real" mövsümün sonuna 1 oyun qalmış La Liqanın turnir cədvəlində 81 xalla 2-cidir. Madrid təmsilçisi lider "Atletiko"dan 2 xal geri qalır.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər