Əliyevin komandası çempiona uduzdu

Əliyevin komandası çempiona uduzdu
XƏBƏR 17 May 2021 / 11:11 1044
-  A +

Rusiya Premyer Liqasında 2020/21 mövsümünün sonuncu - 30-cu turunun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi “Tambov” “Zenit”lə qarşılaşıb. Yarımmüdafiəçimizin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:5.
 
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, "Zenit" bir neçə tur əvvəl çempionluğunu rəsmiləşdirib. "Tambov" isə Premyer Liqa ilə vidalaşıb və gələn mövsümdən aşağı liqada yarışacaq.

Son xəbərlər