Kuadrado üçün yeni müqavilə

Kuadrado üçün yeni müqavilə
XƏBƏR 16 May 2021 / 16:57 1943
-  A +

“Yuventus” futbolçusu Xuan Kuadradonu klubda saxlamaq istəyir.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” 32 yaşlı yarımmüdafiəçiyə müddəti gələn ilin yayınadək olan yeni müqavilə təklif edib. Kolumbiya millisinin üzvü artıq təklifi müsbət cavablandırıb. Tərəflərin yaxında yeni müqavilə imzalanmasına dair rəsmi açıqlama yayacaqları gözlənilir.

Qeyd edək ki, Kuadrado bu mövsüm A seriyasında 29 matçda 2 qol vurub və 11 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner