Ulduz futbolçunun anası keflənib dava saldı - Şəkil

Ulduz futbolçunun anası keflənib dava saldı - Şəkil
XƏBƏR 16 May 2021 / 15:36 3530
-  A +

"Mançester Siti"nin futbolçusu Fil Fodenin anası Klair Foden gənc bir qadına hücum edib.

Qol.az "The Sun"a istinadən xəbər verir ki, hadisə Klairin dostlarından birinin ad günü mərasimində baş verib. Fodenin anası həmin qonaqlığa dəvət olunan Keti Skitt adlı bir xanımdan siqaret istəyib. Daha sonra tərəflərin arasında mübahisə yaranıb. Bir neçə dəqiqə sonra bu münahisə davaya çevrilib. Fodenin anası Skittin üzünə bir neçə dəfə zərbə endirib və onun bədənini dişləyib.


Zərərçəkən Keti Skitt

Həmin xanımın adı açıqlanmayan qohumu məsələ ilə bağlı açıqlamasında deyib: "Keti qan içində idi. O, kiçik bir uşağı olan anadır. İstəmir ki, oğlu onun aldığı xəsarətləri görsün. Keti baş verənlərə görə çox qorxub".

Klair Fodenin bu hərəkətinə görə hansı cəzanı alacağı hələlik məlum deyil.


Son xəbərlər
topaz banner