Azərbaycanlı futbolçu üçün Fransa Liqasında oynamaq şansı

Azərbaycanlı futbolçu üçün Fransa Liqasında oynamaq şansı
XƏBƏR 16 May 2021 / 11:15 3690
-  A +

Gələn mövsüm Fransanın yüksək liqasında çıxış edəcək daha bir komanda müəyyənləşib.

Qol.az xəbər verir ki, bu, "Klermon"dur. Liqa 2-nin son turunda "Kan"a 1:2 hesabı ilə uduzmasına baxmayaraq, yarışı 2-ci pillədə tamamlayan komanda yeni mövsümdən elitada çıxış edəcək.

Qeyd edək ki, azərbaycanlı qapıçı Eldar Tağızadə "Klermon"un B komandasında oynayır. Bu isə o deməkdir ki, U-19 millimizin üzvü özünü yaxşı tərəfdən göstərə bilsə, gələn mövsüm Fransa 1-ci liqasının oyunlarında meydana çıxa bilər.

"Klermon" klubu 1990-cı iləd yaradılıb. Klermon-Ferran şəhərinin təmsilçisi tarixində ilk dəfə Liqa 1-ə vəsiqə qazanır.

Son xəbərlər
topaz banner