Zidan: "Mən məsuliyyətdən qaçmıram"

Zidan: "Mən məsuliyyətdən qaçmıram"
XƏBƏR 15 May 2021 / 20:07 3111
-  A +

"Real"ın baş məşqçisi Zinəddin Zidan növbəti dəfə klubdan göndəriləcəyi, yoxsa qalacağı barədə suallara cavab verib.

Qol.az xəbər verir ki, 49 yaşlı mütəxəssis ESPN-ə açıqlamasında deyib:

"Bağışlayın, cəsarətlə danışdığımı başa düşürəm, amma həqiqətən nə olacağını bilmirəm. Mən burdayam. Sabah isə oyunmuz var. Bundan sonra daha bir qarşılaşma olacaq. Daha sonra nə olacaq, bilmirəm. Mən nə geriyə, nə də irəli baxıram. Mənim üçün yalnız bu gün vacibdir.  2018-ci ildəki gedişimdən danışarkən, işlər çətinləşəndə ​​məsuliyyətdən qaçdığımı düşünə bilərsiniz. Xeyr. Mən bunu heç vaxt etmirəm. Özümü tamamilə işə kökləyirəm. Mən məsuliyyətdən qaçmıram".

Qeyd edək ki, "Real" hazırda turnir cədvəlində 78 xalla 2-cidir. Komanda lider "Atletiko"dan 2 xal geri qalır.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner