Stiven Cerrard və komandasından növbəti uğur

Stiven Cerrard və komandasından növbəti uğur
XƏBƏR 15 May 2021 / 18:43 2777
-  A +

Şotlandiya çempionatında 38-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Stiven Cerrardın baş məşqçilik etdiyi "Reyncers" "Aberdeen"lə qarşılaşıb və 4:0 hesablı qələbə qazanıb. Bununla da komanda mövsümü məğlubiyyətsiz başa vurub. Belə ki, "Reyncers" həmin 38 görüşdən 32-də qalib gəlib, 6-da isə heç-heçə edib.

Son dəfə Şotlandiya çempionatında mövsümün məğlubiyyətsiz başa vurulması 2016/17 mövsümündə qeydə alınıb. Həmin vaxt Brendan Rocersin çalışdırdığı "Seltik" 1 dəfə də uduzmayıb.

Qeyd edək ki, "Reyncers" cari mövsümün sonuna hələ 6 tur qalmış Şotlandiya çempionluğunu rəsmiləşdirmişdi.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner