İbrahimoviç Avro-2020-ni buraxacaq - Rəsmi

İbrahimoviç Avro-2020-ni buraxacaq - Rəsmi
XƏBƏR 15 May 2021 / 18:07 1705
-  A +

İsveç millisinin və "Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin Avro-2020-də iştirak edə bilməyəcəyi dəqiqləşib.

Qol.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyası məlumat yayıb. 39 yaşlı hücumçunun A seriyasının 35-ci turunda "Yuventus"la matçda (3:0) aldığı zədəyə görə Avropa çempionatını buraxacağı bildirilib.

Qeyd edək ki, 2001-ci ildən İsveç millisinin üzvü olan Zlatan 2016-cı ildə yığmada çıxışını dayandırıb. O, bu ilin mart ayında yenidən milliyə qayıdıb. İbrahimoviç 62 qolla bu komandanın bombardiridir.
 
Xatırladaq ki, Avropa çempionatı 11 iyun - 11 iyul tarixlərində keçiriləcək. İsveç millisi İspaniya, Polşa və Slovakiya ilə eyni qrupda oynayacaq.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner