Alabadan Avstriya klubuna maddi dəstək

Alabadan Avstriya klubuna maddi dəstək
XƏBƏR 15 May 2021 / 17:19 2076
-  A +

“Bavariya”nın futbolçusu David Alaba Avstriyanın “Austriya” klubuna maddi dəstək verib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, müdafiəçi 500 min avro qarşılığında iflas həddində olan klubun səhmlərinin 2 faizini alıb. Bu sərmayənin Avstriyaya yeni investor cəlbinə kömək etməsi gözlənilir. Alaba 2002-2008-ci illərdə “Austriya”nın gənclər komandalarında oynayıb, oradan “Bavariya” akademiyasına keçib.

Qeyd edək ki, David Alaba yayda Münhen təmsilçisini tərk edəcəyini açıqlayıb.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner