Premyer Liqanın 2020/21 mövsümündə ilk dəfə “Qəbələ”nin lehinə penalti təyin olunub.
Qol.az klubun saytına istinadən xəbər verir ki, bu, XXVII turun “Sabah”la görüşündə (2:2) gerçəkləşib. Nikolas Raysel ikinci hissədə təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Mövsümün əvvəlki 26 turunda belə imkan əldə etməyən “qırmızı-qaralar” sonuncu dəfə ötən çempionatda penalti vurub. Bu, yarımçıq dayandırılan 2019/20 mövsümünün sonuncu – XX turunda baş verib. 2020-ci il martın 7-də keçirilən “Sumqayıt”la ev oyununda (5:0) Nikolas Raysel qonaqları məyus edib. Beləliklə, “Qəbələ” 433 gündən sonra çempionat oyununda penalti vurub.
“Qırmızı-qaralar” həm də mövsüm ərzində qazanılan belə şanslara görə antirekordla üzləşib. 2006/07 mövsümündən yüksək liqada çıxış edən komanda hər çempionatda ən azı 2 penalti vurub. Cari mövsümdə isə 27 matçda yalnız bir belə imkan əldə edib.
2006/07 – 3 penalti (2-si qeyri-dəqiq)
2007/08 – 3 (1)
2008/09 – 6 (1)
2009/10 – 4
2010/11 – 3
2011/12 – 3 (1)
2012/13 – 6 (3)
2013/14 – 6 (2)
2014/15 – 6
2015/16 – 5 (1)
2016/17 – 4 (1)
2017/18 – 3
2018/19 – 2
2019/20 – 2
2020/21 – 1
Ümumilikdə, Premyer Liqada 57 penalti vuran “Qəbələ” 45 dəfə qol sevinci yaşayıb. 11 metrlik cərimə zərbələri ən yaxşı icra edən futbolçu Cavid Hüseynovdur. O, 8 imkanın hamısını qola çevirib. 100 faizlik göstəriciyə malik oyunçulardan Deon Bartonla Aleksey Qay hərəyə 4, Nikolas Raysellə Filip Ozobiç hərəyə 3 dəfə fərqlənib.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd