SOCAR-la UEFA-nın tərəfdaşlığı dayandırıldı

SOCAR-la UEFA-nın tərəfdaşlığı dayandırıldı
XƏBƏR 14 May 2021 / 16:16 1599
-  A +

UEFA-nın Azərbaycanın SOCAR şirkəti ilə əməkdaşlığı başa çatıb.

Qol.az xəbər verir ki, bu barədə Almaniyanın Deutschlandfunk.de nəşri məlumat yayıb. Artıq şirkətin loqosu UEFA-nın rəsmi saytında da yoxdur.

Almaniya mətbuatının yazdığına görə, SOCAR-la UEFA əməkdaşlığa son qoysa da, şirkət Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyununu maliyyələşdirəcək.

Xatırladaq ki, SOCAR 2016-cı ildə keçirilən Avropa çempionatının sponsorlarından idi. Şirkət həmin vaxt turnir üçün 90 milyon avro xərcləyib.

Daha çox


Son xəbərlər