"Real" Zidanla rekordunu təkrarladı

"Real" Zidanla rekordunu təkrarladı
XƏBƏR 14 May 2021 / 11:28 3373
-  A +

“Real” La Liqada məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırıb.

Qol.az xəbər verir ki, 36-cı turda “Qranada”ya 4:1 hesabı ilə qalib gələn Madrid klubu son 16 matçda 11 qələbə qazanıb və 5 heç-heçə edib. Bu, baş məşqçi Zinəddin Zidanın rəhbərliyi altında ən yaxşı göstəricinin təkrarıdır.

Zidan 2016/17 mövsümündə "Real"da bu göstərici ilə rekorda imza atmışdı.

Qeyd edək ki, "Qranada"ya qalib gəlməklə 2-ci yerə yüksələn “Real” lider “Atletiko”dan 2 xal geri qalır.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner