Manedən Kloppa etiraz

Manedən Kloppa etiraz
XƏBƏR 14 May 2021 / 10:10 3879
-  A +

"Liverpul"un futbolçusu Sadio Mane baş məşqçisi Yurgen Kloppa etiraz edib.

Qol.az xəbər verir ki, seneqallı hücumçu Premyer Liqanın son turunda "Mançester Yunayted"lə görüşdən sonra Kloppun əlini sıxmayıb.

"Liverpul"un 4:2 hesabı ilə qalib gədliyi matç başa çatdıqda almaniyalı mütəxəssis bir-bir futbolçuları ilə görüşərək onları təbrik edib. O, Maneyə də əl uzadaraq təbrik etmək istəsə də, futbolçu başını bulayaraq Kloppun yanından keçib.

Qeyd edək ki, Klopp Maneni oyunun 74-cü dəqiqəsində meydana buraxıb, o isə heç nə ilə yadda qalmayıb.



Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner