Lempard Hocsonu əvəzləyir

Lempard Hocsonu əvəzləyir
XƏBƏR 13 May 2021 / 18:55 3613
-  A +

"Çelsi"nin sabiq baş məşqçisi Frenk Lempard yenidən İngiltərə Premyer Liqasında çalışa bilər.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis “Kristal Pelas”la danışıq aparır.

London təmsilçisi çalışdırıcısı Roy Hocsonla mövsümün sonunda yollarını ayırmaq fikrindədir.  

Qeyd edək ki, "Kristal Pelas" Premyer Liqada 35 turdan sonra 41 xalla 13-cü sıradadır.

 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner