Mayın 14-də Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək. “Qəbələ” öz meydanında “Sabah”la görüşəcək. Bu, “qırmızı-qaralar”ın cari mövsümdə son ev oyunu olacaq.
Qol.az klubun saytına istinadən xəbər verir ki, komanda paytaxt təmsilçisi ilə 15-ci dəfə qarşılaşacaq. Əvvəlki 14 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 8 dəfə rəqibini məğlub edən komanda 1 dəfə heç-heçə edib və 5 oyunda uduzub. Keçirilən görüşlərdə 17 qola sevinən futbolçular 14 top buraxıb. Davit Volkovla Klesio Bauk “Sabah”ın qapısına daha çox - hərəyə 3 qol vurublar.
Rəqiblər çempionatda 10 dəfə üz-üzə gəlib. “Qəbələ” 4, “Sabah” 5 dəfə qalib gəlibsə, bir görüş heç-heçə bitib. 9 qol vuran “qırmızı-qaralar” öz qapısından 12 top buraxıb.
“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Evdə 4 qələbə və 1 heç-heçəsi olan komanda yalnız 1 matçda məğlub olub. Bu oyunlarda 10 qola sevinən futbolçular 7 top buraxıb.
Xatırladaq ki, mayın 14-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Sabah” oyunu saat 17:00-da başlayacaq.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi