Ronaldonun komanda yoldaşları ilə münasibəti pisləşdi

Ronaldonun komanda yoldaşları ilə münasibəti pisləşdi
XƏBƏR 12 May 2021 / 16:40 3395
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo komanda yoldaşları ilə problem yaşayır.

Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Turin təmsilçisinin digər üzvləri ilə ünsiyyət qura bilmir.

O, özünü klubda tənha hiss edir. Ronaldo öz öhdəliklərini yerinə yetirdiyi üçün "Yuventus"un bir neçə məşqini buraxmışdı. O, klub prezidenti Andre Anyelli ilə birgə "Ferrari" salonunu da ziyarət etmişdi. Komanda yoldaşları isə Ronaldoya digər futbolçulardan daha fərqli davranıldığı üçün bunu haqsızlıq hesab edirlər.

Qeyd edək ki, Ronaldo bu mövsüm A seriyasında 31 matçda 27 qol vurub və 3 qolun ötürməsini verib.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner