PSJ-nin futbolçusuna 3 oyunluq cəza

PSJ-nin futbolçusuna 3 oyunluq cəza
XƏBƏR 12 May 2021 / 16:17 1387
-  A +

Fransa çempionatının 36-cı turunun “Renn”lə matçında (1:1) qırmızı vərəqə alan PSJ-nin futbolçusu Presnel Kimpembenin cəzası açıqlanıb.
 
Qol.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı fransalı müdafiəçi üç oyunluq diskvalifikasiya olunub.

O, qırmızı vərəqə alaraq meydanı tərk edərkən rəqib futbolçularını homofobik təhqir etdiyi üçün bu cəzaya məruz qalıb. PSJ-nin bu mövsüm Liqa 1-də iki oyunu qalıb. Kimpembe “Reyms”lə ev və “Brest”lə səfər matçını buraxacaq. 
 
Qeyd edək ki, Paris klubu Liqa 1-də 2-ci sıradadır. Paytaxt təmsilçisi sona iki tur qalmış lider “Lill”dən üç xal geri qalır.

Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner