"Sözlərim səs-küy yarada bilər" - Zidan

"Sözlərim səs-küy yarada bilər" - Zidan
XƏBƏR 12 May 2021 / 15:48 3233
-  A +

"Real"ın baş məşqçisi Zinəddin Zidan növbəti dəfə hakimlərin səhv qərarları və VAR sistemi barədə danışıb.

Qol.az xəbər verir ki, 49 yaşlı mütəxəssis "Marca"ya açıqlamasında deyib: "Futbolçular yaxşı oyun göstərmək istəyirlər.
 
Bu, bizim istədiyimiz şeydir. Qələbə qazanmaq üçün mübarizə aparacağıq. İndi yalnız bu barədə düşünürük. Artıq hakimlərdən, onların yalnış qərarlarından danışmaq istəmirəm. Bu mövzuda bir daha açıqlama verməyəcəyəm. Çünki sözlərim səs-küy qaldıracaq. Öz işimizi görmək istəyirik. VAR futbola kömək edir. Ancaq fikrimcə, bəzi məqamlara aydınlıq gətirilməlidir. Bunun üçün futbol adamlarının bir araya gəlməsi və müzakirələr aparması lazımdır".

Qeyd edək ki, Zidan daha əvvəl La Liqanın 35-ci turunda "Sevilya" ilə matçdan (2:2) sonra hakimlikdən şikayətlənmişdi.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner