Buffon "Barselona"ya keçə bilər

Buffon "Barselona"ya keçə bilər
XƏBƏR 12 May 2021 / 15:20 2305
-  A +

Mövsümün sonunda "Yuventus"dan ayrılacağını açıqlayan Canluici Buffon "Barselona"nın maraq dairəsindədir.

Qol.az "Footmercato"ya istinadən xəbər verir ki, 43 yaşlı qqapıçı ilə qısamüddətli razılıq əldə ediləcəyi gözlənilir.
 
Kataloniya klubu əsas qapıçı Mark-Andre Ter Ştegenin əvəzedicisi kimi Buffonu komandaya cəlb etmək istəyir.

Xatırladaq ki, Buffon 2001-ci ilin iyulunda "Parma"dan 52,8 milyon avroya "Yuventus"a keçib. 43 yaşlı qolkiper 17 ildən sonra PSJ-yə azad agent kimi keçib, lakin sonrakı mövsüm, 2019-cu ildə Turin təmsilçisinə qayıdıb. Ümumilikdə, Buffon "Yuventus"un heyətində 683 oyuna çıxıb.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner