Buffon "Yuventus"dan niyə ayrılır?

Buffon "Yuventus"dan niyə ayrılır?
XƏBƏR 12 May 2021 / 13:10 2083
-  A +

"Yuventus"un qapıçısı Canluici Buffonun klubdan ayrılmaq qərarına gəlməsinin səbəbi məlum olub.

Qol.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. 43 yaşlı qolkiperin komandanı tərk etmək istəməsinə baş məşqçi Andrea Pirlo ilə münasibətləri də təsir edib. Buffonla Pirlo birgə 2006-cı il dünya kubokunu qazanan yaxın dostlardır. Qapıçı 42 yaşlı mütəxəssisin ona daha çox oyun şansı verəcəyini və komandaya fəal təsir edə biləcəyini düşünürdü. Lakin Pirlo Turin klubunun digər qolkiperi Voyçex Şesniyə daha çox güvənir.

Qeyd edək ki, Buffon ötən gün verdiyi açıqlamada bu mövsümün sonunda klubdan ayrılacağını bildirin.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı