Özildən Fələstinə dəstək - Şəkil

Özildən Fələstinə dəstək -  Şəkil
XƏBƏR 12 May 2021 / 12:20 2082
-  A +

"Fənərbaxça"nın futbolçusu Məsut Özil Fələstinə dəstək olub.

Qol.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi və digər komanda yoldaşları Superliqanın 41-ci turunda "Sivasspor"la matçdan (1:2) əvvəl məşqə xüsusi geyim ilə çıxıblar.

Futbolçuların köynəyinin üzərində "Özgür Fələstin (Azad Fələstin)" sözləri yazılıb. Həmçinin geyimin üzərində Fələstin və Türkiyə bayraqları da yer alıb.

Qeyd edək ki, bir neçə gündür ki, Fələstin və İsrail arasında qarşıdurma gedir. Bunun nəticəsində çox sayda insan həyatını itirib və yaralanıb.



Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner