"Bu vəziyyətlə barışmaq çox çətindir" - Pirlo

"Bu vəziyyətlə barışmaq çox çətindir" - Pirlo
XƏBƏR 12 May 2021 / 11:58 1404
-  A +

"Yuventus"un baş məşqçisi Andrea Pirlo komandasının durumu haqqında danışıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis Turin təmsilçisinin uğursuz oyunu ilə barışa bilmədiyini deyib:

"Çempionlar Liqası zonasından bir xal geri qalırıq. Amma qarşıda 3 oyunumuz var. Futbolda hər şey ola bilər. Bu səbəbdən daha müsbət düşünməliyik. Qarşıda bizi çətin bir matç gözləyir. Məqsədimiz Çempionlar Liqasına düşməyə layiq olduğumuzu sübut etməkdir. "Milan"a qarşı məğlubiyyətə görə məyus olduq, amma hədəfimiz dəyişməyib. Buna inanmalıyıq. Komandamızın enerjisi çoxdur. İndi işlər istədiyimiz kimi getmədiyinə görə əsəbiləşirik. Mövcud vəziyyətlə barışmaq bizim üçün çətindir. Oyunçuların oynaya bildikləri ən yaxşı futbolu göstərmələrini təmin etmək məcburiyyətindəyəm".

Qeyd edək ki, "Yuventus" hazırda A seriyasının turnir cədvəlində 69 xalla 5-cidir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı