"Mançester Siti" yeddiqat İngiltərə çempionu oldu

"Mançester Siti" yeddiqat İngiltərə çempionu oldu
XƏBƏR 11 May 2021 / 23:07 10472
-  A +

"Mançester Siti" İngiltərə Premyer Liqasında 2020-2021 mövsümünün qalibi olub.

Qol.az xəbər verir ki, "şəhərlilər"in çempionluğu sona 3 tur qalmış rəsmiləşib. Liderin ən yaxşı izləyicisi "Mançester Yunayted"in bu gün öz meydanın "Lester"ə uduzması (1:2) çempionu bəlli edib.

Xosep Qvardiolanın komandasının 80, "qırmızı şeytanlar"ın isə 70 xalı var. Bu isə sona 3 tur qalmış "Mançester Siti"nin çempionluğunu rəsmiləşdirib.

Bu, "Mançester Siti"nin ümumilikdə 7-ci, Qvardiola ilə isə 3-cü çempionluğudur.

Xatırladaq ki, "Mançester Siti" Çempionlar Liqasının finalına yüksəlib və mayın 29-da keçiriləcək həlledici matçda "Çelsi" ilə qarşılaşacaq.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın