"Çelsi"nin baş məşqçisi Tomas Tuhel komandanın sabiq çalışdırıcısı Frank Lempard haqqında danışıb.
Qol.az xəbər verir ki, almaniyalı mütəxəssis "Sky Sports"a açıqlamasında London təmsilçisinin hazırkı səviyyəyə gəlməsində Lempardın böyük əməyi olduğunu bildirib:
“Komandanız yalnız qrup mərhələsini uğurla keçdiyi təqdirdə Çempionlar Liqasının finalına vəsiqə qazana bilər. "Çelsi" Frank Lampardın rəhbərliyi altında qrupda heyrətamiz bir nəticə göstərdi. Finala çıxmağın təməli budur və bunu heç vaxt unutmayacağam.
Buraya gəldiyim ilk gündən Frankın "Çelsi"də öz cığırını açdığını gördüm. Mövsümün ortalarında komandaya gəlmişəm və Lempardın gördüyü işi davam etdirirəm. O, bu klubun ən böyük oyunçularından və əsas fiqurlarından biri olub. "Çelsi" haqqında düşünəndə birinci ağlına Frank Lampard gəlir.
Gəlişimdən bir-iki gün sonra Lempard mənə mesaj yazdı və uğurlar arzuladı. Mənə qarşı çox nəzakətli oldu. Bu mesajı aldığım üçün çox xoşbəxt idim”.
Xatırladaq ki, Lempard 2019-cu ilin yayından 2021-ci ilin yanvarına kimi London təmsilçisini çalışdırıb. Onu əvəzləyən Tuhel isə "Çelsi"ni ÇL-in finalına qədər aparıb. "Mançester Siti" ilə həlledici oyun mayın 29-da keçiriləcək.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi