Meydana 7 futbolçu ilə çıxdılar

Meydana 7 futbolçu ilə çıxdılar
XƏBƏR 11 May 2021 / 20:15 4101
-  A +

Boliviya çempionatının 7-ci turunda "Stronqest"lə qarşılaşan "Royal Pari" oyuna 7 futbolçu ilə çıxıb.

Qol.az xəbər verir ki, yarışın lideri futbolçularının koronavirusa yoluxması səbəbindən bu çətinliklə üzləşib.

Artıq görüşün 8-ci dəqiqəsində meydan sahibləri azlıqda olan rəqibinin qapısından 3-cü topu keçirib. Daha sonra qonaqların müdafiəçisi zədələnib və oyunu tərk etməli olub. Bundan sonra komanda 6 oyunçu ilə qalıb və qaydalara görə matça davam edə bilməyiblər. Beləliklə, meydan sahibləri qələbə qazanıb.

Bu nəticədən sonra "Stronqest" xallarını 16-ya çatdıraraq liderliyə yüksəlib.

Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner