İnyesta ad günündə müqaviləni uzatdı - Şəkillər

İnyesta ad günündə müqaviləni uzatdı -  Şəkillər
XƏBƏR 11 May 2021 / 10:33 3461
-  A +

Yaponiyanın "Vissel Kobe" klubu futbolçusu Andres İnyesta ilə müqaviləsini uzadıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün 37 yaşı tamam olan ispaniyalı yarımmüdafiəçinin yeni sözləşməsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Andres İnyesta 22 il “Barselona”da çıxış etdikdən sonra - 2018-ci ildə “Vissel Kobe”yə keçib. Təcrübəli futbolçu bu mövsüm 3 oyuna çıxıb.

 
 
 
 
 
 
 
 

Səhifənin yuxarısına keçidYuxarı

Son xəbərlər
topaz banner