Ronaldo məşq əvəzinə "Ferrari" salonuna getdi

Ronaldo məşq əvəzinə "Ferrari" salonuna getdi
XƏBƏR 11 May 2021 / 09:49 7359
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo komandanın dünənki məşq prosesində iştirak etməyib.

Qol.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.

36 yaşlı hücumçu məşqə qatılmalı və bərpa prosesindən keçməli idi. Lakin o, klub prezidenti Andrea Anyelli ilə birgə "Ferrari" avtomobil salonunu ziyarət etməyi seçib. Daha sonra Fioranodakı "Ferrari" sürücüləri Karlos Saynz və Karl Leklair portuqaliyalı oyunçu ilə görüşüblər. Ronaldo hər iki pilot üçün soyadları olan formaları imzalayıb.

Qeyd edək ki, "Yuventus" son oyununu "Milan"a qarşı keçirib və 0:3 hesabı ilə uduzub.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner