Türkiyə klubunun avtobusuna hücum edildi

Türkiyə klubunun avtobusuna hücum edildi
XƏBƏR 10 May 2021 / 13:03 1883
-  A +

Türkiyənin 1-ci liqasında çıxış edən "Samsunspor" klububun avtobusuna hücum edilib.

Qol.az xəbər verir ki, hadisə yarışın son həftəsində - 34-cü turda "Adanaspor"la matçdan (2:0) sonra yaşanıb.

Görüşün başa çatmasının ardından avtobus nəzərdə tutulduğu kimi oyunçuları Adanadakı bir otelə aparıb. Futbolçular nəqliyyat vasitəsindən endikdən sonra sürücü avtobusu daha təhlükəsiz yerdə park etmək istəyib. Lakin avtobusa kimliyi bilinməyən şəxslər tərəfindən hücum edilib. Onlar nəliyyat vasitəsinə daş atıblar.

Qeyd edək ki, "Samsunspor" Liqa 1-də 3-cü yeri tutduğu üçün Superliqaya vəsiqə qazana bilməyib.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner