"Yuventus"un baş məşqçisi Andrea Pirlo A seriyasının 35-ci turunda evdə "Milan"a uduzduqları matçdan (0:3) sonra istefaya göndəriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis işini tərk etmək fikrində olmadığını deyib:
"Düzgün düşüncə və konsentrasiya ilə məşq etdik. Əla oyun göstərə biləcəyimizə əmin idik. Ancaq tamamilə fərqli olduğu ortaya çıxdı. Oyuna yaxşı başladıq, ancaq sonra nəzarəti itirdik və bu nəticəni qazandıq. İndi hər şeyi izah etmək çətindir. Bir çox komponent işləmədi. Belə bir vacib oyunu 0:3 hesabı ilə uduzmaq çox şeyin alınmadığını göstərir. Bir analiz aparmalıyam, sonra futbolçularla sakit bir başla müzakirə etməliyəm. İstefaya getməyə hazıram, ya bunu düşünmüşəm? Xeyr. Mən getmirəm. Müəyyən çətinliklərə baxmayaraq, böyük həvəslə bu vəzifəni qəbul etmişəm. Qarşıda daha 3 oyun var, ona görə imkan verildiyi müddətdə işimi görməyə davam edəcəyəm".
Qeyd edək ki, "Yuventus" hazırda A seriyasının turnir cədvəlində 69 xalla 5-cidir.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi