Fərid Nəbiyev Çexiyada dubl etdi

Fərid Nəbiyev Çexiyada dubl etdi
XƏBƏR 9 May 2021 / 17:28 2097
-  A +

Çexiya 2-ci divizionunda 23-ci turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb. Komanda doğma meydanda “Vlasim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 3:1.
 
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 78-ci dəqiqədə əvəzlənib. Komandasının ilk iki qolunu da Nəbiyev vurub. O, 20 və 38-ci dəqiqələrdə fərqlənib.
 
Bu nəticədən sonra 36 xala malik “Viktoriya” 4-cü pillədə qərarlaşıb.

Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner