Çalhanoğlu daha bir İngiltərə klubunun hədəfində

Çalhanoğlu daha bir İngiltərə klubunun hədəfində
XƏBƏR 9 May 2021 / 15:29 3439
-  A +

"Milan"ın futbolçusu Hakan Çalhanoğlunu daha bir İngiltərə klubu heyətinə qatmaq istəyir.

Qol.az "Fanatik"ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçini "Liverpul" almaq niyyətindədir. "Mersisaydlılar" türkiyəli oyunçunu mövsümün sonunda İtaliya təmsilçisi ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi əldə etməyi planlaşdırır.

Daha əvvəl "Arsenal"ın da Çalhanoğlunu transfer etməyə çalışacağı bildirilib.

Qeyd edək ki, "Liverpul"da türkiyəli oyunçulardan Ozan Kabak da çıxış edir.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner