Superliqa klubu baş məşqçisi ilə yolları ayırdı

Superliqa klubu baş məşqçisi ilə yolları ayırdı
XƏBƏR 9 May 2021 / 09:45 1852
-  A +

"Ərzurumspor" baş məşqçisi Yılmaz Vuralla yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.

Komanda Yılmaz Vuralın baş məşqçiliyi altında cəmi 9 matça çıxıb. Bunlardan 3-ü qələbə, 1-i heç-heçə, 5-i isə məğlubiyyətlə nəticələnib.

Qeyd edək ki, "Ərzurumspor" hazırda Superliqanın turnir cədvəlində 37 xalla 19-cudur.

Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner