Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində bu gün yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Qol.az xəbər verir ki, güləşin bu növündə Azərbaycanın 5 təmsilçisi qüvvəsini sınayır. Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq) və Rafiq Hüseynov (77 kq) təsnifat, Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) 1/8 final mərhələsindən yarışa başlayıb. Onlardan yalnız Hüseynov yarımfinala yüksələ bilib. O, mübarizəyə yarımfinal mərhələsindən başlamalı olsa da, Hyenvu Kim (Koreya) görüşə çıxmadığı üçün azərbaycanlı pəhləvan 1/8 finala adlayıb. Təcrübəli pəhləvan növbəti görüşlərində Qurpret Sinq (Hindistan) və Abd Elkrim Ouakalini (Əlcəzair) məğlubiyyətə uğradıb. Yarımfinalda rəqib Viktor Nemes (Serbiya) olacaq.
Məmmədov ardıcıl olaraq, Stiq Andre Berqe (Norveç) və Maksim Kajarskiyə (Belarus) qalib gəlsə də, 1/4 final mərhələsində Hanyae Çunqa (Cənubi Koreya) uduzub.
Çunayev Donior İslamov (Moldova) və Deyvid Dimitrovu (Bolqarıstan) yenməsinə baxmayaraq, əslən azərbaycanlı Pərviz Nəsibova (Ukrayna) məğlub olub.
Lokyayev ilk görüşdəcə Nikolos Kakelaşviliyə (İtaliya) uduzub. Kandelaki isə Oskar Marviki (Norveç) mübarizədən kənarlaşdırsa da, Rafal Krajevskinin (Polşa) müqavimətini qıra bilməyib.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb