"Yayda bahalı transferlər etməyəcəyik"

"Yayda bahalı transferlər etməyəcəyik"
XƏBƏR 8 May 2021 / 15:58 3372
-  A +

"Bavriya"nın prezidenti Herbert Heyner klubun yay transfer pəncərəsi üçün planlarından danışıb.

Qol.az xəbər verir ki, rəhbər şəxs "Bayern İnsider"ə müsahibəsində deyib:

"Kluba sərmayə qoymağa davam edirik, amma yayda bahalı transfer olmayacaq. Böyük potensiala sahib, inanılmaz güclü, gənc komandamız var. Buna görə də narahat deyiləm. Daha bahalı transferlərə ehtiyac görmürəm. Ən yaxşı komandaya sahib olmaq istəyirik. Reallıq isə bunun çox pul tələb etməsidir. Heç kimə sirr deyil ki, koronavirus pandemiyası futbola ciddi zərbə vurub. Bu, gəlir çatışmazlığı səbəbindən büdcəmizə təsir göstərir. Transfer bazarına daxil olmaq çətin olacaq".

Qeyd edək ki, bir sıra ulduz futbolçuların yayda "Bavariya"ya keçəcəyi haqda xəbərlər yayılmışdı.

Daha çox


Son xəbərlər