Burak Yılmaz İbrahimoviçə çatdı

Burak Yılmaz İbrahimoviçə çatdı
XƏBƏR 8 May 2021 / 13:24 3322
-  A +

Liqa 1-in 35-ci turunda "Lens"lə maçt "Lill"in futbolçusu Burak Yılmaz  üçün əlamətdar olub.

Qol.az goal.com-a istinadən xəbər verir ki, türkiyəli hücumçu qarşılaşmada (3:0) dubl edib. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 15-ə çatdırıb. Beləliklə, Yılmaz Avropanın 5 böyük liqasında çıxış edən 35 və daha çox yaşı olan oyunçular arasında qol sayına görə Zlatan İbrahimoviçə çatıb və 2-ci pillədə qərarlaşıb. Bu göstəricidə lider isə 27 qolla Kriştiano Ronaldodur.

Qeyd edək ki, Burakın bu mövsüm aktivində 5 qol ötürməsi də var.

 

Daha çox


Son xəbərlər