İngiltərədən Türkiyə üçün sərt qərar

İngiltərədən Türkiyə üçün sərt qərar
XƏBƏR 8 May 2021 / 00:20 5717
-  A +

İngiltərə höküməti (UEFA) ilə Çempionlar Liqasının finalı öncəsi Türkiyəni sərt karantin qaydaları olan ölkələrin qırmızı siyahısına daxil edib.

Qol.az xəbər verir ki, bunu İngiltərənin nəqliyyat naziri Qrant Şepps mətbuat konfransında deyib. Qərara görə, Türkiyəyə səfər edənlər ölkəyə geri qayıtdıqdan sonra 10 gün ərzində öz hesablarına hosteldə qalmalıdırlar. Ölkə rəhbərliyi Türkiyədə pandemiya ilə əlaqədar vəziyyətin gərginliyini nəzərə alaraq dünyanın ən baxımlı klub turnirinin İngiltərədə keçirilməli olduğunu düşünür. Qrant Şepps bildirib:

“İngiltərə Futbol Assosiasiyası bu mövzuda UEFA ilə danışıqlar aparır. Finalın qəbul edilməsinə qətiyyən qarşı deyilik, amma təbii ki, son qərarı UEFA verəcək. İki ingilis klubunun finala çıxdığını nəzərə alsaq, nə deyəcəklərini gözləyirik”

Xatırladaq ki, Çempionlar Liqasının final görüşündə “Mançester Siti” və “Çelsi” qarşılaşacaq. Final qarşılaşması 29 mayda, Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionuda keçiriləcək.


Son xəbərlər