"Zirə" - "Qəbələ": 25-ci duel

"Zirə" - "Qəbələ": 25-ci duel
XƏBƏR 7 May 2021 / 22:46 1114
-  A +

Sabah Azərbaycan Premyer Liqasında XXVI tur start götürəcək. “Qəbələ” turun ikinci günündə “Zirə” ilə görüşəcək. “Qırmızı-qaralar” bu matçı səfərdə keçirəcək.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq matç iki rəqib arasında 25-ci duel kimi tarixə düşəcək. Əvvəlki 24 qarşılaşmada 9 qələbə qazanan “Qəbələ” üstünlüyə malikdir. 10 heç-heçəsi olan komanda 5 dəfə məğlub olub. Baş tutan görüşlərdə 33 qol vuran “Qəbələ” öz qapısından 22 top buraxıb. “Qırmızı-qaralar”ın bu oyunlarda ən yaxşı bombardiri Aleksey Qaydır. Ukraynalı yarımmüdafiəçi “Zirə” ilə matçlarda 4 qola imza atıb. Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopez hərəyə 2 qola sevinib.

Əvvəlki 24 qarşılaşmadan 22-si çempionat, 2-si kuboka təsadüf edib. Premyer Liqa çərçivəsində baş tutan 22 görüşdən yeddisində 3, onunda 1 xal əldə edən “Qəbələ” 5 dəfə uduzub. Komandamız 26 qol vurduğu matçlarda 20 top buraxıb.

13-cü dəfə “Zirə”nin qonağı olacaq “qırmızı-qaralar” bu rəqiblə səfərdə 12 matç keçirib. “Qəbələ” rəqib meydanındakı matçlarda eyni sayda – 4 dəfə qələbə, heç-heçə və məğlubiyyət qeydə alınıb. “Qırmızı-qaralar” bu görüşlərdə 15 qol vurub və 13-nü buraxıb.

Xatırladaq ki, mayın 9-da keçiriləcək “Zirə” - “Qəbələ” matçı saat 18:00-da başlayacaq.


Son xəbərlər