"Roma"nın qapıçısı 3 ay oynamayacaq

"Roma"nın qapıçısı 3 ay oynamayacaq
XƏBƏR 7 May 2021 / 17:28 610
-  A +

İtaliyanın “Roma” klubu ciddi itki ilə üzləşib.
 
Qol.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Pau Lopes sıradan çıxıb.
 
Avropa Liqasının yarımfinal mərhələsinin “Mançester Yunayted”lə ilk oyununda (2:6) çiynindən zədələnən Lopes əməliyyat olunub. O, 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
 
Qeyd edək ki, “Roma” “Mançester Yunayted”ə cavab matçında 3:2 hesabıyla qalib gəlsə də, iki oyunun nəticəsinə görə Avroliqada mübarizəni dayandırıb.

 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner