"Qalatasaray"da prezident seçkiləri ləğv edildi

"Qalatasaray"da prezident seçkiləri ləğv edildi
DÜNYA FUTBOLU 6 May 2021 / 01:06 1619
-  A +

“Qalatasaray”da mayın 22-də keçirilməsi nəzərdə tutulan növbədənkənar prezident seçkisi ləğv olunub.
 
Qol.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən sərt karantin rejimi səbəb olub.

Seçicilərin problemlə üzləşə biləcəyini nəzərə alan klub seçkilərin yeni vaxtının yaxın günlərdə açıqlanacağını bildirib.
 
Prezident seçkisi ötən ilin dekabrında keçirilməli olsa da, eyni səbəbdən təxirə salınıb.

Son xəbərlər