Nuriyevin komandası məğlub oldu

Nuriyevin komandası məğlub oldu
XƏBƏR 24 Aprel 2021 / 20:00 1020
-  A +

Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi “Minay” bu turda səfərdə "Dnepr-1"lə qarşılaşıb və 0:3 hesabı ilə uduzub.
 
Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 62-ci dəqiqədə sarı vərəqə ilə cazalandırılıb.
 
“Minay” hazırda 18 xalla 14 komanda arasında sonuncu pillədə qərarlaşıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner