Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Qol.az xəbər verir ki, bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizəyə başlayıb. 60 kq çəki dərəcəsində çıxış edən Murad Bazarov 1/4 final mərhələsində Qleb Makarankaya (Belarus) uduzub. 67 kq-da yarışan Namaz Rüstəmov 1/8 finalda Mete Nemesə (Serbiya) məğlub olub. Xasay Həsənli (72 kq) təsnifatda Valentin Petiçi (Moldova) mübarizədən kənarlaşdırsa da, 1/8 final mərhələsində Aleksandar Maksimoviçlə (Serbiya) bacarmayıb.
Tuncay Vəzirzadə (82 kq) eyni raundda Mixail Braduya (Moldova) qalib gəlib. O, 1/4 final mərhələsində Aivenqo Rikadzeni (Gürcüstan) büdrədə bilməyib. Nəhayət, 97 kq-dakı Zamir Məhəmmədov 1/4 finala təsadüf edən görüşdə Balaş Kissə (Macarıstan) məğlub olub.
Həmin güləşçilər rəqibləri finala vəsiqə qazanacağı təqdirdə aprelin 25-də təsəlliverici qarşılaşmada iştirak edəcəklər.
Bu gün eyni zamanda yunan-Roman güləşinin 5 çəki dərəcəsi üzrə medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kq) bürünc medal uğrunda qarşılaşmada Fabian Şmittllə üz-üzə gələcək. Taleh Məmmədov (63 kq) finalda Cambolat Lokyayevin (Rusiya) müqavimətini qırmağa çalışacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda Dmitri Pışkovla güləşəcək.
Qeyd edək ki, yarımfinallar saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlayacaq. Avropa çempionatına aprelin 25-də yekun vurulacaq.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi