"Beşiktaş"da şok itki

"Beşiktaş"da şok itki
XƏBƏR 24 Aprel 2021 / 15:57 1757
-  A +

“Beşiktaş” Superliqanın 37-ci turunda “Kayserispor”la matçdan öncə ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, komandanın kapitanı Atiba Hatçinson sıradan çıxıb. 38 yaşlı yarımmüdafiəçi ayağının arxa əzələlərində ağrı hiss edir. Ona görə də baş məşqçi Sərgən Yalçın onu heyətdən çıxarmalı olub.

Qeyd edək ki, “Beşiktaş” – “Kayserispor” matçı Bakı vaxtı ilə 21:30-da başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner