Çeferindən növbəti xəbərdarlıq

Çeferindən növbəti xəbərdarlıq
XƏBƏR 24 Aprel 2021 / 00:20 3072
-  A +

UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqasından imtina etməyən klublara növbəti dəfə xəbərdarlıq edib.

Qol.az xəbər verir ki, O, "Associated Press"ə açıqlamasında "Real" və "Barselona"nı  Avrokuboklardan kənarda saxlamaqla hədələyib:

"Desələr ki, biz turnirdən çıxmırıq, Çempionlar Liqasında oynamayacaqlar. Buna hazırdırlarsa, öz Superliqalarında mübarizə apara bilərlər".

Qeyd edək ki, Avropa Superliqasını aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”,“Çelsi”, “Real Madrid", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar. Sonradan 10 klub turniri tərk edib. Avropa Superliqası isə fəaliyyətini dayandırıb..


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner